Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə BMPD portalı məlumat yayıb.
4x4 təkər formuluna malik “Varta-Novator” Ukraya Milli Qvardiyasına təhvil verilib.
Təhvilvermə mərasimində Ukrayna Milli Qvardiyasının komandanı, general polkovnik Y.V. Allerov, həmçinin Ukrayna Daxili İşlər Nazirliyi elmi-tədqiqat institutunun nümayəndələri də iştirak edib.
Qeyd edək ki, ümumi 9 ton çəkiyə, 5,8 metr uzunluq, 2,405 metr enə və 2,164 metr hündürlüyə malikdir. Maşın 8 tonadək yük daşımaq qabiliyyətinə malikdir. “Varta-Novator”un maksimal sürəti 120 kilometr/saata bərabərdir.
Ağalar Qəribov
Ordu.az